DİNİB Şəmkirdə yekun tədbirini keçirdi
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) Şəmkir şəhərində Əhməd Cavad adına rayon Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan-Qədim Yurd” layihəsi çərçivəsində layihənin yekun tədbiri keçirilib.Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan...