DİNİB-in İdarə Heyətindən yeni təyinatlar

DİNİB-in İdarə Heyətindən yeni təyinatlar

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin (DİNİB) aylıq keçirilən idarə heyətinin iclasında yeni qərarlar alınaraq bəzi şöbələrinə təyinatlar oldu.

DİNİB-in yeni qurulmuş strukturu idarə heyətinin səsverməsi nəticəsində qəbul edilərək qərara bağlandı.

Qərara əsasən təşkilatın idarə heyətinin üzvləri Uzman Dr. Aydin Talishinskiy Xarici Əlaqələr şöbəsinə, Kimya üzrə Fəlsəfə Doktoru Yetər Babaşova Elm və Təhsil sahələri ilə əlaqələr şöbəsinə, Cabir Dövlətzadə Mədəniyyət və Turizm şöbəsinə, Anar Əsədov isə Mətbuat, İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri təyin edildi.

Qeyd edək ki, DİNİB Azərbaycanda sülhün və mədəniyyətlərarası dialoqun təbliği, tarixi-milli dəyərlərin dünyada tanıdılması, tədqiqatlar və maarifləndirmə işinin təşkili və ətraf mühitin qorunması ilə bağlı müxtəlif maarifləndirici, elmi araşdırmaların, sərgilərin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Share this post